Previous Next
Bağla

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023 13:54
Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da əsasən özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. Ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir.

Energetika Nazirliyindən bildirilib ki, bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir.

Açıqlamada qeyd edilib ki, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə də danışıqlar davam edir. Cəbrayılda reallaşdırılması planlaşdırılan layihənin də illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir.

Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik veriliş yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.

AZƏRTAC

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023
Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

16-06-2022
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024
Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015
Üzən elektrik stansiyası  işə salınıb

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016
Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

15-05-2023
Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017
Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

04-06-2019
Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017
Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

02-05-2023
Apple-dan Çinə böyük dəstək

Apple-dan Çinə böyük dəstək

18-04-2015
Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022
Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016
Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022
Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

22-12-2016
ABŞ səfirliyi günəş panelləri quraşdırır

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022
İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023
Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019
Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

19-07-2018
Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

25-01-2017
Dünyada ilk üzən elektrik stansiyası yaradılır

Dünyada ilk üzən elektrik stansiyası yaradılır

14-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə