“Kür” zavodu 2010-cu ildə 150-dək informasiya köşkləri istehsal etməyi planlaşdırır

17-11-2009 / 09:25

Milli kompüter avadanlığı istehsalçısı “Kür” zavodu gələn il informasiya köşklərinə tələbatın artacağını proqnozlaşdırır. Bu haqda Fineko/abc.az məlumat yayıb.

Zavodun baş direktoru Rizvan Osmanovun sözlərinə görə, bu il informasiya köşklərinə tələbatın az olduğundan zavodun proqnozları özünü doğrultmayıb.

“Lakin ilin sonuna bu istiqamət üzrə maraqlanan şirkətlərdən təkliflər daxil olub və biz artıq bir neçə sifariş almışıq. Hesab edirəm ki, gələn il 2009-cu illə müqayisədə tələbat daha çox olacaq. 2010-cu ildə təxminən 100-150 köşk istehsal olunacaq”, - deyə R. Osmanov bildirib, Fineko/abc.az.  yazır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.