Azərbaycanın ilk minik avtomobili istehsalçısı olan Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan “Azsamand” avtomobillərinin istehsalını və satışını dayandırıb.
Azsamand” şirkətinin prezidenti Cəzmi Qaya APA-ya bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə əlaqədardır. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb.
Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb. Ölkədə “Azsamand”lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı “Soren” avtomobillərinin istehsalına başlanacaq. İndi “Azsamand”ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar. Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillər nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni “Soren” avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.
Xatırladaq ki, Azərbaycanda “Azsamand” avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri