Previous Next
Bağla

Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

29-10-2010 06:12

Zavodun direktoru Musa Abdullayev açıqlamasında bildirib ki, müəssisə indiyədək zavoda buraxılan «Lifan» avtomobillərini bundan sonra avtomat sürət qutusu ilə istehsal etməyi planlaşdırır. Söhbət «Lifan 320», «Lifan 520» və «Lifan 620» modellərinin avtomat sürət qutusu ilə təchizatından gedir.

 «Hazırda bununla bağlı Çin tərəfi ilə danışıqlar aparılır. Avtomat sürət qutusu ilə təmin olunmuş «Lifan»ların qiyməti indiyədək buraxılandan təxminən 800-1000 manat yüksək olacaq», - deyə M.Abdullayev bildirib. Qeyd edək ki, NAZ-da mexaniki sürət qutusu ilə buraxılan «Lifan»lar mühərrikin gücü və komplektləşdirmədən asılı olaraq 8 200 - 13 000 manata satılıb. Gələn ildən etibarən zavodda «ofrouder» («cip») tipli avtomobillərin buraxılması da gözlənilir. Bununla bağlı Çin tərəfi ilə danışıqlar aparıldığını deyən direktorun sözlərinə görə, söhbət mühərrikinin həcmi 2,4-2,7 litr olan, 4x4 aparıcı sxemi ilə işləyən «Lifan» modelinin Naxçıvanda istehsalından gedir. M.Abdullayev bildirib ki, indiyədək bu model başqa ölkələrdəki sınaqlarda yaxşı nəticələr göstərib. Paralel olaraq NAZ «cip»lərin buraxılması üçün Avropanın avtomobil zavodları ilə də danışıqlar aparır.

Xatırladaq ki, 2010-cu ilin əvvəlindən indiyədək Naxçıvan Avtomobil Zavodunda 451 ədəd «Lifan» avtomobili buraxılıb və ondan 198-i artıq satılıb. İlin sonunadək istehsal olunan avtomobillərin sayının 600-650-ə çatacağı gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018

Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010

Azərbaycanda pikap və elektromobillər buraxılacaq

13-06-2022

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019

“Kür” zavodu 2010-cu ildə 150-dək informasiya köşkləri istehsal etməyi planlaşdırır

17-11-2009

Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

28-11-2018

İlk «Apple» kompyuteri 161 min dollara hərraca çıxarılıb

12-11-2010

Azərbaycanda rəqəmsal televiziya üçün dekoderlər istehsal olunacaq

18-11-2009

ƏN QƏNAƏTCİL MAŞIN

24-10-2010

Mobil telefon aləmində lider dəyişir

08-04-2011

iPhone nano çıxmamış oxşarı istehsal edildi

18-04-2009

İlin sonunadək Ağstafada daha iki elektron tipli ATS istifadəyə veriləcək

29-11-2008

«Azərbaycan internetin sürətinə görə lideridir

08-09-2010

Kür kompüter zavodu avtomobillər üçün kompüter istehsal edəcək

27-09-2008

ABŞ uçan avtomobillərin istehsalına başlayır

15-10-2010

Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

06-01-2012

USB 3.0 tam hazırdır

18-11-2008

Tələbələrdən ən eybəcər maşın sifarişi

03-10-2010

Dünyanın ən sürətli maşını

15-10-2010

Azərbaycanın bölgələrindəki ATS-lər ilin sonunadək tam elektronlaşacaq

24-10-2010

“Youtube” bu dəfə də təhlükəsizlik xidməti əməkdaşını zibilə saldı

01-09-2010

“Tesla” modelləri ucuzlaşdı, satışlar artdı

17-08-2023

«Facebook» və «Google» «Twitter»i 10 milyard dollara alacaq?

10-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə