Limitsiz internetə qoşulun, pulsuz 4G smartfonu qazanın-Kampaniya

18-08-2016 / 12:30

Azercell Telekom ən son texnologiyalara uyğun smartfonları istifadəçilər üçün daha əlçatan etmək məqsədilə, yeni sərfəli kampaniyalar təqdim etməyə davam edir.

Xeberler.az bildirir ki, bu dəfə 4G smartfon əldə etmək arzusunda olan hər kəs,18 avqust 2016-cı il tarixindən etibarən, güzəştli şərtlərlə yeni telefon kampaniyasından yararlana biləcək.

Kampaniya şərtlərinə görə, abunəçilər limitsiz internetə 12 ay müddətinə qoşulub, ayda cəmi 29.90 AZN ödəməklə, Huawei Y560 smartfonuna pulsuz sahib ola biləcəklər.

Bunun üçün Azercell Ekspres ofisi və ya Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edib, Hədsiz İnternet tarif paketinə qoşulmaq kifayətdir. Kampaniya çərçivəsində telefonlarının sayı məhduddur.

 

Günel 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə