MWC 2018-də təqdim edilən yeni cihazlar-İcmal

01-03-2018 / 11:56

Bu il Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC 2018) bir-birindən maraqlı yeni texnoloji avadanlıqlar təqdim edildi.

Belə ki, fevralın 26-dan davam edən tədbir bu gün başa çatır.

MWC 2018-də Samsung, Asus, ZTE, Nokia, LG  daha yaxşı modellərini təqdim edərkən Huawei, HTC və Motorola bu mövzuda səssiz qaldı.

Nokia retro üslubuna döndü, şirkətlər yeni Android Go cihazlarını təqdim etdi və süni intellekt texnologiyası cihazların daxilində yayımlandı.

Xeberler.az olaraq MWC 2018-də təqdim edilənlərin qısa xülasini təqdim edirik:

Ekranlar

Son dövrlərdə "çərçivəsiz ekran", "sonsuz ekran" cihazlarda geniş yayılmağa başlayıb. Belə ki, şirkətlər cihazlara daha böyük ekranları yerləşdirməyi bacarır. Bunun Samsung və LG-lərin sayəsində standart hala gəldiyini deyə bilərik. Mövzu Konqresdə əsas müzakirə edilən məsələ oldu. 

Samsung Galaxy S9 ve S9 Plus

Samsung yeni S9 və S9 Plus modellərini təqdim etdi. Bu telefonlar MWC 2018-də təqdim edilən ən yaxşı smartfonlar oldu.

Nokia 8110 Matrix

HMD Global 3310 ilə başladığı retro modelinə Matrix filmi ilə məşhur olan 8110 ilə davam etdi. Bu modelin qiyməti 100 dollardan (vergi istisna olmaqla) daha ucuzdur.

Lenovo Chromebook

MWC 2018-də gözlər telefonlarda olsa da, Lenovo-nın məktəbləri üçün hazırladığı Chromebook diqqət çəkir. Cihazın ən bahalı modeli 349 dollardır.

Vivo-nın Konsept Telefonu

Vivo konsept telefonu ilə diqqət çəkdi. Belə ki, Apex selfie kamerasını yuxarı hissədən çıxararaq adətən bir Periscope kimi işləyir. Həmçinin, çərçivəsiz və sarsılmaz ekranı ilə diqqət çəkir. Vivo telefon dizaynerlərinin diqqətini cəlb edib.

Getdikçə ortadan qaldırılan klaviatura girişləri

Keçmişdə istifadə etdiyimiz kompüterlərin arxasında bəzi əlaqə nöqtələri var idi bunlardan istifadə etmək məcburiyyətində olurduq. Artıq bu girişlər ortadan qaldırılır.

Samsung AR emoji

Samsung yeni cihazlarına AR Emoji xüsusiyyəti adını verdiyi yeni xidmət əlavə edib. Texniki baxımdan yalnız ön kamera istifadə olunur.

LG V30 ve V30S

LG isə V30S və V30 modellərini təqdim etdi.

Onu da bildirək ki, builki Konqresdə 5G texnologiyası da əsas mövzulardan oldu. Belə ki, MWC 2018-də Huawei Balong 5G01 çipini təqdim etdi. Cihaz 5G şəbəkələri üçün nəzərdə tutulan yeni 3GPP standartını dəstəkləyir. Bu da çipin 2.3Gbps məlumatların yüklənmə sürətinə tab gətirə biləcəyi anlamına gəlir.

Həmçinin, Mobil Dünya Konqresinin təşkilatçısı GSMA mobil bazarın yaxın və uzaq gələcəyinə işıq tutan “Mobil İqtisadiyyat” hesabatını yayımladı.

5G-nin gələcəyinə dair maraqlı məlumatların yer aldığı hesabatda bu texnologiyanın sürətlə yayılacağı, 25 milyard obyekt bir-birilə danışacağı bildirildi.

Bütün bunlar dünyada 5G ilə bağlı ciddi rəqbətin olacağına işarədir.

Onu da bildirək ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti də GSMA Mobil Dünya Konqresində iştirak edib.

Belə ki, nazir 5G sistemi ilə bağlı Türkiyə və Open Networking Foundation arasında olan imzalanma mərasimində də iştirak edib.

Məlumatımıza görə, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan da Konqresdə iştirak edənlər olub.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.