Nokia 8110-nun yenilənmiş versiyası təqdim edilib

26-02-2018 / 10:47

Məlumat verdiyimiz kimi, hazırda Mobil Dünya Konqresi davam edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, HMD Global  şirkəti Nokia 8110  telefonunun yenilənmiş versiyasını təqdim edib.

Xatırladaq ki, Nokia 8110  telefonu 1997-ci ildə  təqdim edilib. Bu modeldən həmçinin  Matrix  filmində istifadə edilib.

Formasına görə bu telefona banan ləqəbi verilib.

Qeyd edək ki,  telefonun yeni versiyası 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 2 meqapiksellik kamera, 4 QB-lıq daşıyıcı ilə təchiz edilib və 4G dəstəyinə malikdir. Smartfonun avtonom işləmə müddəti 25 gündür.

Mayda satışa çıxarılacaq telefonun qiyməti 80 avro təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə