Nar-ın dəstəyi ilə intellektual yarışlar başlayıb

13-09-2017 / 10:43

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən Nar intellektual bilik yarışlarını dəstəkləməyə davam edir.

Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də  məşhur bilik yarışlarının baş sponsoru olub.

Xeberler.az-ın məlumatına görə, sentyabr ayının 10-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – doqquzuncu mövsümü start götürdü.

“Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanır.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2017” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

Nar gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.

Artıq üçüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və Nar onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı Nar-ın Twitter hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də Nar operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.    

Xeberler.az   

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.