Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017 / 13:05

“Bu il İnformatika əsas fənn kimi bütün siniflərdə tədris olunacaq”.

Bu barədə Təhsil Nazirliyindən sorğumuza cavab olaraq məlumat verilib.

Nazirlik bidirir ki,tam orta təhsil səviyyəsi üzrə hər bir təmayülün, o cümlədən kombinə edilmiş təmayüllü siniflərin öz tədris planı var:

“Bununla belə, tədris dili, «Azərbaycan dili - dövlət dili kimi» (tədris rus dilində aparılan siniflərdə), «Xarici dil», «İkinci xarici dil», «Riyaziyyat», «İnformatika», «Ədəbiyyat», «Azərbaycan tarixi», «Fiziki tərbiyə», «Çağırışaqədərki hazırlıq» fənləri hər bir təmayülün tədris planına daxil edilib”.

Məlumata görə, bu il respublikanın bütün bölgələrini əhatə etməklə təxminən 1400-ə qədər təmayüllü X sinfin olacağı ehtimal edilir.  

Xatırladaq ki, ötən günlərdə qeyri təmayül məktəblərdə İnformatikanın tədris planı təsdiqlənib. Amma hələlik Nazirliyin təmayül məktəblərdə tədrislə bağlı elan edilmiş proqramı yoxdur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.