Növbəti ilin iPhone-u tarixdə ən sürətli smartfon olacaq

09-01-2017 / 12:28

Tayvanın TSMC şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki. bu isə o deməkdir ki, Apple şirkətinin 2018-ci ildə təqdim edəcəyi iPhone 8s smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.

Mütəxəssislərin fikrincə, TSMC şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri Intel şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.

Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.

Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır.

Cari ildə iPhone istehsalçısı Apple A11 stehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı Apple şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.

Qeyd edək ki, TSMC ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. Apple şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.