Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

05-08-2017 / 12:01

Məlum olduğu kimi, iyul ayı ərzində kriptovalyuta bazarının analistləri və müşahidəçilərinin diqqəti avqustun 1-də  həyata keçirilməsi nəzərdə tutulan dünyanın ən popular kriptovalyutası Bitcoin-un protokolunda nəzərdə tutulan dəyişikliyə yönəlmişdi.

Bu protokol yenilənməsi ilə bağlı kriptovalyuta maynerləri camiyyəsi arasında ciddi fikir ayrılıqları var idi və bu da ona gətirib çıxardı ki, faktiki olaraq klassik Bitcoin öz yoluna davam etdi və yeni protokolla çalışan Bitcoin Cash yarandı.

Bölünməyə baxmayaraq bir çoxlarının gözlədiyi kimi Bitcoin öz mövqelərini itirmədi. Hətta artıq coinmarketcap.com-da və bir çox birjalarda gördüyümüz kimi qiyməti artıq 3000 dollardan yuxarıdır.

Müşahidələrim göstərir ki, bu mübarizədən qalib çıxan Bitcoin-un qiyməti artıq yüksəliş trendində davam edəcək. Düşünürəm ki, artıq ilin sonunadək ən az 5000 dollarlıq sərhəddi keçəcək. Bunu texniki analizdən daha çox fundamental analiz faktorları deməyə əsas verir.

BTC/USD

Bölünmə nəticəsində yaranan Bitcoin Cash kriptovalyutası isə təxminən 12 gün bundan öncə yaranmasına baxmayaraq qısa tarixcəsi ərzində çox ciddi bir yüksəliş göstərdi. Doğrudur, Bitcoin Cash kriptovalyutasını heç də bütün birjalar məmnuniyyətlə qəbul etmədi.

Bu gün belə bir çox maynerlər Bitcoin Cash qarşı çıxaraq onun öz mövqeyini tuta bilməyəcəyini düşünürlər. Dünyanın ən böyük kriptovalyuta birjalarından olan Coinbase Bitcoin Cashi dəstəkləməmək qərarına gəldi. Eyni zamanda, digər bir böyük birjalardan olan Poloniex birjası da Bitcoin Cashi öz birjasına hələdə daxil etməyib.

Halbuki yaranış mərhələsində bir neçə həftə ərzində Bitcoin Cash 700 dollara qədər qiyməti qalxdı. Ancaq onun bu qiyməti saxlamayacağı proqnoz olunan idi belə ki, onun arxasında Bitcoin-da olduğu həcmdə istifadəçi kütləsi yoxdur.

Sadəcə qısa zamanda investorların böyük həcmdə investisiyaları sayəsində 10 mlrd dollar kapitalizasiya ilə bu həcmi əldə etmişdi. Bu gün Bitcoin Cash qiyməti 250 dollar civarındadır. Düşünürəm ki, bu qiymət bir az daha düşəcək. Ancaq uzunmüddətli perspektivdə Bitcoin üzrə əməliyyatların təsdiqi sürətində zəifləmə olduqca istifadəçilərin diqqətini Bitcoin Cash cəlb edəcəkdir.

Sənan Həsənov,

kriptovalyuta və blokeçeyn araşdırmaçısı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.