Kriptovalyuta cüzdanı olan Xapo-nun rəhbəri Wences Casares hesab edir ki, hər bir məsuliyyətli investorun investisiya portfelinin ən azı 1%-i bitcoin təşkil etməlidir çünki ilk kriptovalyuta dünyaya internetdən daha çox təsir edə bilər.
Wences Casares: “Bitcoin qazanmaq üçün unikal imkan yaradır. 10 milyon dollarlıq investisiya portfelinin 1%-ni bitkoinə yatırmaqla 7-10 il ərzində 25 milyon dollara qədər qazanc əldə etmək mümkündür. Hətta bitkoinin qiyməti düşsə belə o zaman cəmi itgi 100.000 dollar təşkil edəcək. Odur ki, portfelin müəyyən hissəsini bitkoinə yatırmamaq məsuliyyətsizlik olardı.”
Xeberler.az bildirir ki, Xapo rəhbəri Wences Casares misal olaraq investor Bill Miller-i göstərib. Bill Miller 2017-ci ilin iyul ayında öz investisiya portfelinin 1%-ni bitkoinə investisya etmişdi. Dekabr ayının ortasında artıq bitcoin 700% dəyər qazandı və bu investisiya onun bütün sərvətinin yarısına bərabər olmuşdu. “Hazırda 60 milyon insanda bitcoin var və hər ay bu auditoriyanın sayı 1 milyon artır. Digər altkoinlərin sahibləri isə təqribən 5 milyon edir. Yəni 5 ay ərzində bitcoin istifadəçilərinin sayı indiyə qədər olan bütün altokin sahiblərinin sayına bərabərdir.” deyə Wences Casares əlavə edib.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət