Portalın mobil tətbiqi yeniləndi

03-05-2017 / 15:20

 Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" portalının mobil tətbiqinin iOS versiyası yenilənərək, vətəndaşların istifadəsinə verilib.

Xeberler.az-ın məlumatına görə,  bu mobil əlavə vasitəsilə elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.
 
Geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin iOS versiyasının "Elektron arayışlar" bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:

İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış

– Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış

– Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış

– Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış

– Dənizçinin şəxsiyyət sənədi.
 
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıda adları çəkilən 2 xidməti də mobil tətbiqə əlavə edilib:
 
– Sosial sığorta haqqında məlumat

– Sığortaedənin uçot nömrəsinin öyrənilməsi.

Hazırda "Elektron hökumət" portalı mobil tətbiqinin iOS versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 2, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.

Bununla da mobil tətbiqinin iOS versiyasında ümumilikdə elektron xidmətlərin sayı 25-ə çatdırılıb. Yaxın gələcəkdə Android versiyasına da bu əlavələrin inteqrasiya olunması nəzərdə tutulub.

Mobil əlavəyə giriş elektron imza kartı və istifadəçi adı/şifrə vasitəsilə mümkündür. Sözügedən tətbiqi AppStore-da "Elektron hökumət portalı" yazıb axtarış etməklə, mobil qurğunuza yükləyə bilərsiniz. Mobil tətbiqlə bağlı yaranan sualları 157 Zəng Mərkəzi-nə ünvanlamaq mümkündür.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.