Previous Next
Bağla

Mobil Hökumət Elektron Hökuməti əvəz edə biləcəkmi?

10-11-2015 14:50
Mobil Hökumət Elektron Hökuməti əvəz edə biləcəkmi?

Ölkəmizdə mobil rabitənin yüksək səviyyədə inkişaf etməsi “Elektron Hökumət”in mobil versiyasının yaradılmasını və vətəndaşların mobil cihazların köməyi ilə onlayn rejimdə elektron xidmətlərdən istifadə etməsini  şərtləndirib.

Xeberler.az bildirir ki, artıq ən aktual xidmətlərdən smartfonla, planşetlə, həmçinin ənənəvi mobil telefonla müvafiq autentifikasiya vasitələri (kod/parol, e-imza) ilə mobil tətbiqə daxil olub istifadə etmək mümkündür. Qeyd edək ki, mobil versiyada təqdim olunan xidmətlərin sayı bu gün 20-yə qədər olsa da, bu rəqəmin artırılması planlaşdırılır. Bir sözlə Mobil əlavə “Elektron Hökumət”in inkşafı üçün atılmış növbəti addımdır.

Bəs “Mobil  Hökumət” nədir?

“Mobil Hökumət” – “Elekrton Hökumət”in mobil platformaya daşınması mümkün və əlverişli olan xidmətlərindən yaşından, sosial statusundan, təhsilindən, yaşayış yerindən asılı olmayaraq geniş kütlənin istifadə edə bilməsini təmin edən və hər kəs üçün əlçatan olan rahat yoldur. Bir sözlə “Sən hardasansa xidmət ordadır”. İnsanlar xidmətin dalınca getmir, xidmət onların ayağına gəlir. Bu əhaliyə göstərilən xidmətin yeni, əlavə modelidir və XXI əsrin vətəndaşlarını qane etmək üçün innovativ idarəetmə formasıdır.

Mobil əlavə vasitəsilə hansı xidmətlərdən istifadə etmək mümkündür?

Statistikaya görə  elektron arayışlar(çıxarışlar) portalda ən çox istifadə olunan xidmətlərdəndir. Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışların mobil əlavəsi yaradıldı. Hazırda adları aşağıda verilən elektron arayışları(çıxarış) vətəndaşlar mobil telefonlarından istifadə edərək formalaşdırıb adiyyatı quruma göndərə bilərlər:

- Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış

- Yaşayış yeri haqqında arayış

- Diplom haqqında arayış

- Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış

- Vətəndaş haqqında “tələbə məzun” dövlət elektron məlumat sistemindən çıxarış

- Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış

Qeyd edək ki, qurumlar özləri də tədricən öz elektron xidmətlərinin mobil əlavəsini hazırlamaqda maraqlıdırlar. Onlardan bir neçəsi artıq “Elektron Hökumət” portalı üzərindən mobil əlavəsini vətəndaşların istifadəsinə verib.

Vətəndaşların marağında olan bu mobil xidmətlər aşağıdakılardır:

- DİN        FİN-ə görə fərdi məlumatların axtarışı

- RYTN    Mobil cihazların İMEİ kodunun yoxlanılması

- SN          İmmunoprofilaktika üzrə məlumatların verilməsi (peyvəndlər barədə məlumat) və s.

Mobil əlavədə xidmətlərlə yanaşı vətəndaşın “Elektron Hökumət Portalı”nın “Elektron Ödənişlər” xidməti (https://www.e-gov.az/az/services/readwidenew/3425) vasitəsilə əlavə etdiyi ödəniş xidmətləri barədə məlumatlandırma hissəsi də vardır. Bu bölmədə vətəndaş bir çox xidmətlər üzrə  borc məlumatlarını əldə edə bilir. Eyni zamanda bu xidmətlər üçün bildiriş almağı aktiv etdikdə, ödənişlər barədə borclar və ödəmə bildirişlərini də vaxtaşırı  əldə etmık mümkündür.

Mobil hökumət “Elektron Hökumət”i  əvəz edəcəkmi?

 Mobil hökumət bu gün yalnız “Elektron Hökumət” texnologiyasının əlçatmaz olduğu yerlərə nüfuz edir. Əlbəttə ki, mobil xidmətlər elektron xidmətlə müqayisədə daha böyük əraziləri əhatə edir. Bu da o deməkdir ki, mobil xidmətlərdən elektron xidmətlərə nisbətən daha çox sayda insanlar istifadə edir. Kompüter müəyyən olunmuş yerə aiddir, evdə, işdə və s.  Mobil çihazlar isə hər zaman istifadəçinin yanındadır. Bu müqayisəni davam etdirmək də olar. Məsələn:

Mobil cihaz:

- Ucuzdur

- Demək olar ki, hamıda var

- Yaşlı insanlara və İKT savadı olmayan insanlara  mənimsəmək daha asandır

Kompüter:

- Daha geniş imkanları var

- Daha rahat istifadəçi interfeys, böyük ekran, və rahat klaviaturaya malikdir

- Kompüter hamıda yoxdur

Statistikaya görə mobil əlavələrdən insanlar daha çox ödəmələr, sifariş etmək və s kimi təcili sosial tələbatları ödəmək məqsədilə istifadə edirlər. Məsələn, mobil hökumətin inkişaf etdiyi  Estoniyada mobil xidmətlərdən daha çox  parklama, nəqliyyata bilet sifariş etmək və s. üçün SMS-lər göndərilir. Lisenziya alma, qeydiyyata düşmə, nigaha daxil olma və s. kimi xidmətlərdən isə vətəndaşlar “Elektron Hökumət” portalı vasitəsilə yararlanırlar. Mütəxəssislərin fikrincə bu müqayisələr  onu deməyə əsas verir ki,  mobil hökumət “Elektron Hökuməti” tam şəkildə əvəz etməyəcək və paralel olaraq hər ikisindən istifadə olunacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portalın mobil versiyasındakı xidmətlərin sayı artırılacaq

11-11-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015

Portalın Android versiyası istifadəyə verildi

05-05-2016

Portalın mobil tətbiqi vətəndaşların işini asanlaşdırdı

30-10-2015

Daha bir arayış elektron formada veriləcək

28-08-2015

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Elektron xidmətləri ilk iOS istifadəçiləri əldə edəcək

09-10-2015

50 minə yaxın mobil cihaz elektron qeydiyyatdan keçirilib

06-10-2015

Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015

Elektron xidmətlər mobil tətbiqlə əldə olunacaq

18-08-2015

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Daha bir bank portala qoşuldu

24-10-2017

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016

Rabitə, kommunal, cərimə üzrə bildirişləri mobil telefonla necə əldə etməli?

11-11-2015

“Elektron hökumət” portalının mobil tətbiqində hansı yeniliklər olacaq?

08-10-2015

Mobil cihazların e-qeydiyyatından istifadə sayı artıb

13-11-2015

Nazirliyin mobil cihazlarla bağlı elektron xidmətlərinə maraq daha çox olub

07-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə