Previous Next
Bağla

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015 10:49
İş yeri üçün elektron arayış alanların sayı artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı cari ilin avqust ayında yanvar ayı ilə müqayisədə 2,2 dəfə artaraq 21966 nəfər təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a bildiriblər ki, vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlər sırasında olan “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edilməsinə imkan verir.

Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Müvafiq hallarda arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər. Bununla yanaşı, arayışın təqdim edildiyi qurumlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların, həmçinin əmək haqqı barədə məlumatın düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.

“İş yerinə dair arayış” e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə