Provayderlər internet qiymətlərində çoxdan gözlənilən endirimi edəcəklərmi?

17-09-2009 / 19:02

Məlum olduğu kimi, 2009-cu il sentyabrın 1-i tarixindən Delta Telekom provayderlər üçün bəzi şərtlər daxilində internet trafikinin qiymətini aşağı salıb.

Xeberler.az-ın məlumatına görə, minimum güzəşt olaraq 100 Mbps-dən 10 faiz artıq internet alan provayder üçün qiymət 275 manatdan 248 manata endiriləcək. Eyni zamanda maksimum güzəşt olaraq 60 faiz artıq internet alan provayder üçün qiymət 110 manat olacaq.

Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sentyabrın 2-də keçirilən iclas zamanı provayder rəhbərləri də iştirak edib və bu güzəştlə bağlı əhaliyə verilən internetin qiymətində müəyyən dəyişkliyin olacağını bildirmişdilər. Bununla əlaqədar olaraq biz Azərbaycanın bir sıra provayderlərinin baş ofisləri ilə əlaqə saxladıq. Onların bir neçəsi güzəşt barədə hələ heç bir planın olmadığını bildirsələr də, bəziləri sentyabrın sonu, oktyabrın əvvəllərində əhali üçün verilən internetin qiymətində bəzi dəyişiklirlərin olacağını bildiriblər. Lakin onlar güzəştin neçə faiz olacağı barədə məlumat verməyiblər.

RİTN-in şöbə müdiri Rüfət Gülməmmədovun sözlərinə görə isə nazirliyin bu provayderlərə qiymətləri azaltmaq barədə təsir etmək hüququ yoxdur. O həmçinin əlavə edib ki, onlar müstəqil fəaliyyət göstərirlər və RİTN onlara sadəcə bununla bağlı tövsiyyə verə bilər. Daha sonra Rüfət Gülməmmədov qeyd edib ki, bəzi provayderlər bu barədə heç bir informasiya verməsələr də, bəziləri konkret addımlar atacağını bildiriblər.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.