Previous Next
Bağla

Provayderlər qiymətləri qaldırdı

25-01-2016 15:22
Provayderlər qiymətləri qaldırdı

Ölkədəki bəzi provayderlər təklif etdikləri internet xidmətlərinin qiymətini qaldırmağa başlayıb.

Məsələ ilə bağlı Ailə TV, KATV1, Citynet və digər provayder istifadəçiləri tərəfindən Xeberler.az-a məlumat daxil olub.

Vətəndaşlar qeyd edir ki, bu gün Ailə TV-yə ödəniş etmək istəyərkən onlara bildiriblər ki, internetin qiymətini 5 AZN qalxıb. Yəni, əvvəllər əgər aylıq 13   manat ödəyirdilərsə, indi 18 AZN ödəmək tələb olunub.

Xeberler.az məsələni provayderlərlə dəqiqləşdirməyə çalışıb.

Ailə TV-dən  Xeberler.az-a bildiriblər ki, sadəcə Ailə TV-nin təqdim etdiyi endirmli paketlər ləğv olunub, bunu isə müştərilər qiymət artımı kimi qəbul edirlər.

Şirkətin məlumatında qeyd edilib ki, 1 ildən çoxdur ki, istifadəçilər endirmli  paketlərdən istifadə edirlər.  Bu günlərdə isə endirimlər ləğv edilib və standart qiymətlər tətbiq edilib deyə qiymətlərdə artım var.

Vətəndaşlar qeyd edirik ki, onlarla xəbərdarlıq gəlməyib ki, internetin qiymətində artım olacaq.

Ailə TV-dən isə buna cavab olaraq bidirilib ki, onlar müxtəlif reklamlarla, televiziya ilə bu barədə məlumatı ictimaiyyətə çatdırıb.

Bu arada KATV internet televiziya provayderi də bu endirim paketini ləğv etdiyini bildirib.

Manatın devalvasiyasından sonra yaranan iqtisadi böhranla bağlı bildirmişdik ki , ölkənin əsas internet təchizatçısı  Delta Telecom qiymətləri qaldırmayacaq. Bu haqda şirkət də rəsmi olaraq açıqlama vermişdi.

Bununla belə Xeberler.az -ın bir müddət öncə məlumat verdiyi  kimi, provayderlərin  Delta Telecom-a külli miqdarda borcları var. Hətta məsələ o qədər ciddiləşib ki, Delta Telecom  pullarını ala bilmədiyi üçün  provayderləri məhkəməyə də verməyə hazırlaşır.

Görünür ki, provayderlər də bu məbləği vətəndaşlardan toplamağa çalışır.

Görünən budur ki, provayderlər müxtəlif bəhanələrlə,  endirim paketlərinin ləğvi adı altında  qiymətləri artırmağa davam edir.

İnternetin ölkə daxilində topdan-satış qiymətlərinin qaldırılmadığı bir şəraitdə provayderlərin qiymətləri birdən- birdən  40- 50 faiz  qaldırması güman ki, rəsmi orqanların , aidiyyatı qurumların da diqqətini cəlb edəcək.

Xatırladırıq ki, ölkə başçısının  rəhbərliyi altında yaxın günlərdə keçirilən toplantılarda süni qiymət artımlarına da ciddi reaksiya  verilib və bu istiqamətdə rəsmi qurumlar tərəfindən ciddi tədbirlərin görüləcəyi diqqətə  çatdırılıb.  

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Delta Telecom provayderləri məhkəməyə verəcək

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016
«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009
Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015
İntenet qiymətləri düşücəkmi???

İntenet qiymətləri düşücəkmi???

23-06-2011
Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016
Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017
Provayderlər Ailə TV-ni blokdan çıxarır

Provayderlər Ailə TV-ni blokdan çıxarır

05-05-2015
İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
Provayderlər internet qiymətlərində çoxdan gözlənilən endirimi edəcəklərmi?

Provayderlər internet qiymətlərində çoxdan gözlənilən endirimi edəcəklərmi?

17-09-2009
 Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016
Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

04-05-2015
Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə  qiymətləri 2  dəfə endirdi

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009
Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019
Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015
Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016
“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
 “10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017
 CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016
Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015
İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
“İnternetin qiymətini artırmağa fürsət gözləyirlər”

“İnternetin qiymətini artırmağa fürsət gözləyirlər”

16-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə