Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

10-02-2017 / 11:40

Texnologiyalar həyatımızda bir çox sahələrdə əlimizdən tutur, işlərimizi asanlaşdırır.

Məlumdur ki, bir çoxlarımız artıq hər hansı məsələ ilə bağlı qeydləri  kağız kitabçamıza yox, telefonumuzda “note” hissəsinə qeyd edirik. Beləcə, hər dəqiqə istifadə etdiyimiz telefonumuzda qeydlərimiz də göz önündə olur.

Bu məqamda da texnologiya köməyimizə gəlir. Belə ki, mobil tətbiqlər  müəyyən məsələlərlə bağlı qeydlər aparmaq istədiyimizdə də köməyimizə çatır.

Xeberler.az bu dəfə webrazzi-yə istinadən həm Android həm, də iOS platformaları üçün  ən yaxşı 7 qeyd  tətbiqini təqdim edir:

Evernote

Ən məşhur qeyd  tətbiqlərindən Evernote yalnız bir mobil tətbiq deyil. Android və iOS ilə yanaşı, Mac və Windows platformalarında da istifadə edilən Evernote-un ödənişli və pulsuz versiyaları var.

Evernote tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

 Google Keep

Google-un qeyd tətbiqi olan Keep siyahıdakı ən rəngli proqramdır. 

Həm siyahılar yaratmaq həm, də qeydlər aparmaq imkanı verən təmin Keep tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

 OneNote

Microsoft-un qeyd tətbiqi olan OneNote  tətbiq daxilində şəkillərlə qeyd aparmağınıza imkan verir. Windows Phone platforması üçün də mövcud olan OneNote  Evernote tətbiqi kimi Mac və Windows platformalarına da dəstək verir.

OneNote tətbiqini Android üçün buradan, Windows Phone üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

Simplenote

Yalnız 22 MB-lıq kiçik ölçüləriylə önə çıxan Simplenote, olduqca sadə və nizamlı bir dizayna sahib.

 

Automattic firması tərəfindən hazırlanan Simplenote tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

Any.Do

Olduqca funksional bir tətbiq olan Any.Do, yalnız qeyd aparmaq üçün deyil, təqvim və xatırlatma olaraq da istifadə edilə bilir.

Mobil platformaların ən yaxşı qeyd tətbiqlərindən olan Any.Do, Google Calendar, Outlook və Microsoft Exchange kimi xidmətlərlə də sinxronizasiya edilib.

Any.Do Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

Todoist: To-Do List

Xüsusilə oflayn istifadə  edilməsi mümkün olan Todoist: To-Do List, uzun müddətdir məhsuldarlıq kateqoriyasının ən bəyənilən tətbiqlərindəndir.

Evernote tətbiqində da olduğu kimi həm ödənişli, həm də ödənişsiz  versiyası olan Todoist: To-Do List tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

Wunderlist: To-Do List & Tasks

Wunderlist: To-Do List & Tasks, xüsusilə layihələr üzərində çalışan çox nümayəndəsi olan qruplar üçün ən yaxşı alternativdir.  

Mac və Windows platformaları üçün tətbiq dəstəyinə də sahib olan Wunderlist-i Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

 Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.