Bu gün Facebook-da ümumu olaraq 650 milyon və gündəlik isə 100 milyon istifadəçi event (tədbir yaratmaq) funksiyasından istifadə edir.
Xeberler.az məlumat verir ki, bunu nəzərə alaraq Facebook event-lər üçün ayrıca mobil tətbi hazırlayıb və hələlik yalnız iOS üçün təqdim edib.
Qeyd edilir ki, yeni xidmət yaxın zamanda Android üçün də istifadəyə veriləcək.
Facebook-un mobil və masaüstü versiyalarında da olduğu kimi, “event” tətbiqi ətrafınızda olan tədbirləri nəzərdən keçirməyinizi, dostlarınızın qatılacağı və ya qatılmağı düşündükləri tədbirlərdən xəbərdar olmağınızı təmin edir.
İnteraktiv xəritəsi və axtarış funksiyası ilə tədbirlərin harada və nə zaman olacağı barədə məlumat verir. Həmçinin, tətbiqdə tədbirləri maraq dairənizə görə tədbirləri filtrəyib, təqvim xüsusiyyəti sayəsində də gedəcəyiniz tədbirləri boş zamanlarınıza görə seçə bilirsiz.
Tətbiqdəki təqvimi, “iCloud təqvim" və “Google təqvim” lə sinxronizasiya edərək daha asan bir şəkildə fəaliyyət proqramı yarada bilərsiniz. Bununla yanaşı, səhvən eyni gün və saata birdən çox tədbiri qoya bilmə ehtimalı aradan qalxmış olur.
iOS üçün tətbiqi buradan yükləyə bilərsiniz.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri