Android üçün ən yaxşı tətbiqlər

05-01-2016 / 11:23

Google-nin mobil əməliyyat sistemi olan Android istifadəçilərə faydalı tətbiqlər təklif edir.

Xeberler.az xarici mətbuata istinadən həmin tətbiqləri təqdim edir:

1Password

İstifadəçinin daha təhlükəsiz şifrələr yaratmasına kömək edən 1Password telefonda  bütün daxil məlumatlarını saxlayan tətbiq funksiyasını da yerinə yetirir.

Pocket

Nəhəng bir dünya olan internetdə gün ərzində baş verən hadisələri mütəmadi olaraq izləmək o qədər də asan iş deyil. Ancaq Pocket cihaz sahiblərinə bu işdə kömək edir.

Belə ki, tətbiq vasitəsilə bəyəndiyiniz video və ya məqalələri yükləyə bilirsiniz.

Google Fit

Google Fit adından da məlum olduğu kimi, Google tərəfindən hazırlanmış bir fitness tətbiqidir.

Android telefon sahibləri Google Fit vasitəsilə addımlarını saya, hərəkətlərini izləyə bilər. Google Fit başqa fitness tətbiqləriylə da eyni vaxtda işləyə bilir.

Evernote

Evernote ən qüvvətli qeydə alma tətbiqidir. Daha sonra daxil olmaq istədiyiniz hər şeyi Evernote içində saxlaya bilərsiniz.

Alış-veriş siyahıları etmək, yemək reseptlərini yazmaq, məktəb və veb layihələrini idarə etmək və s. Evernote ilə daha asandır.

Dropbox

Dropbox istifadəçilərin fayllarına telefonları üzərindən rahatlıqla əlqəsini təmin edir. Buna əlavə olaraq, kabellə əlaqə qurmadan kompüterdən telefona fayl ötürülməsi Dropbox ilə mümkündür.

Yahoo hava haqqında məlumat

Hava haqqında daha çox və dolğun məlumat, gündəlik bildiriş və həqiqətən qəşəng bir dizayn istəyənlərin Yahoo Hava Vəziyyəti tətbiqinə nəzər yetirməsi kifayətdir.

Google Fotolar

Google Fotolar  sağlam bir platformaya malikdir. Tətbiq  istifadəçilərə sərhədsiz bulud saxlama sahəsi təklif edir. Google Foto eyni zamanda istifadəçiləri arxada qalmış fotoşəkilləri barədə məlumatlandırır.

VSCO

VSCO ən yaxşı fotoqrafiya tətbiqləri arasında yer alır. Geniş əhatəli redaktə imkanları və filmlərdən götürülmüş ön nizamlı filtrlər təklif edən VSCO zamanı tənzimləyərək əməliyyatları fərqli platformalarda  davam etdirməyi də mümkün edir.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə