Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018 / 10:06

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı ilə görüşüb.

Bu bardədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Görüşdə Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsini nəzərə alaraq, ölkəmizdə yüksək texnologiyaların inkişafı, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, iki ölkə arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın daha da aktivləşləşdirilməsi müzakirə olunub.

Bildirilib ki, hazırda Azərbaycan-Rumıniya arasında əlaqələr müxtəlif sahələrdə o cümlədən nəqliyyat və İKT sahələrində davamlı olaraq inkişaf edir.

Nazir Ramin Quluzadə qeyd edib ki, Rumıniya tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə, eləcə də ölkəmizin imzaladığı Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Tranzit ticarət və nəqliyyat üzrə əməkdaşlıq haqqında” Sazişə qoşulması bu sahədə əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.

Xeberler.az

 

Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı isə birgə əməkdaşlığın qarşılıqlı marağa əsaslanan əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə