Previous Next
Bağla

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018 17:02
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub. Nazir Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın mühüm əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqinin genişləndirilməsinə və bu istiqamətlər üzrə beynəlxalq əlaqələrin möhkəmlənməsinə səbəb olub.

Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də, innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələri intensivləşdirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılmasının vacibliyi vurğulanıb.

Həmçinin, sözügedən qurumlar arasında yüksək texnologiyalar və innovasiyalar sahələrində seminarlar və təlimlərin təşkili, bu prosesə hər iki ölkənin ekspert və tədqiqatçılarının cəlb edilməsinə dair də fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe bildirib ki, bütün sahələrdə Avstriya- Azərbaycan əlaqələrini daha da genişləndirmək üçün əlverişli şərait mövcuddur. Vitse-kansler iki ölkə rəsmiləri arasında sıx münasibətlərin ölkələrarası əlaqələrin inkişafına xidmət etdiyini qeyd edib.

Sonda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu” imzalanıb. Memorandumu Azərbaycan Respublikası adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriya Respublikası adından Federal vitse-kansler, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxe imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Avstriya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Avstriya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

26-06-2015
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Azərbaycan-Serbiya sənədləri imzalanıb

Azərbaycan-Serbiya sənədləri imzalanıb

21-05-2018
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015
Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə  tədbir keçirilib

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019
İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

01-03-2018
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə