Rəqəmsal marketinqə aid kitab çap olunub

25-05-2016 / 10:41

Ölkəmizdə rəqəmsal marketinq mövzusunda Azərbaycan dilində kitab çap olunub.

Qanun nəştiryyatında çap olunan kitab “Rəqəmsal Marketinq – bələdçi” adlanır.

Kitabın müəllifi marketinq mütəxəssisi Pərviz Əzimovdur.

Xeberler.az olaraq  ölkəmizdə bu sahə ilə bağlı faydalı olan kitab barədə müəlliflə ətraflı söhbət etdik.

Pərviz Əzimov bildirib ki, kitab rəqəmsal marketinq sahəsində yeni çalışanlar üçün bələdçi rolunu oynayacaq:

"Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir. Hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər”.

Onun sözlərinə görə, kitabın yazılmasında da məqsəd  kitabı oxuyan istənilən şəxsin rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilməsini təmin etməkdir.

“Buna görə tam əminliklə deyə bilərəm ki, kitabı oxuyanlar rəqəmsal platformalarda reklamlarını yarada, onları idarə edə, strategiyalar hazırlaya, hədəf qruplarını müəyyənləşdirə, analizlər apara bilər”.

Müəllif kitabın qiyməti barədə də ətraflı məlumat verib:

“Kitabın qiyməti 6 AZN-dir. Kitab əsasən tələbələr üçün nəzərdə tutulduğu üçün qiyməti də onların büdcəsinə uyğun müəyyən etdik. Kitabı sabahdan etibarən Bakının və Sumqayıtın kitab mağazalarından, o cümlədən sifarişlə Shopera.azAbsheronstore,  Alokitab.az saytlarından əldə edə bilərsiniz”.

 Pərviz Əzimov 2013-cü ilə qədər uzun müddət həm də müxtəlif media qurumlarında fəaliyyət göstərib. Müəllif 4 ilə yaxındır ki, bir çox şirkətlərdə Marketinq və xüsusən Rəqəmsal Marketinq mütəxəssisi kimi çalışır.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.