“Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur”.
Xeberler.az-ın məlumatına görə, bunu Facebook səhifəsində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yazıb.
Onun sözlərinə görə, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib: “Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə fotosu paylaşılan ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının Ermənistan bayrağının rənglərində olması sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycana qarşı təhqir kimi qəbul edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri