“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016 / 14:11

Proqramlaşdırmanı öyrənməyə başlamaq istəyənlər üçün Azərbaycan dilində “Python ilə proqramlaşdırma” adlı yeni kitab çap edilib.

Kitabın müəllifi  proqramçı, MilliByte MMC-nin direktoru  Kərim Tahiroğludur.

Kitabla bağlı daha ətraflı müəlliflə söhbət etdik.

Kərim Tahiroğlu Xeberler.az-a kitabın yazılma səbəblərindən danışarkən deyib ki,  Python  dünyada ilk 10-luqda yer alan  proqramlaşdırma dillərindən biridir və bu kitabda Python çox sadə dillə izah edilir:

“Python dili unviersaldır və bu dildə müxtəlif təyinatlı proqramlar yazılır. Bu dilin ən üstün cəhətlərindən biri də dili öyrənməyin çox sadə olmasıdır. Python dili  hər gün daha da populyarlaşır. Xüsusən də proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar üçün bu dil böyük əhəmiyyət kəsb edir. Ona görə də bu kitabı yazmaq qərarına gəldim. Eləcə də orta məktəb şagirdləri bu kitabdan istifadə edərək proqramlaşdırmanın əsaslarını  asanlıqla mənimsəyə bilrlər. Kitabın dili çox sadədir”.

Onun sözlərinə görə, kitab sadəcə İnformatika müəllimləri üçün yox, orta məktəb şagirdləri, ali məktəb tələbələri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub:

“ 2015-ci ildən orta məktəblərdə də proqramlaşdırma dili kimi Python dili tədris edilir. Artıq 7-ci və 8-ci sinif  şagirdlərinə Python dili tədris edilir. Bir çox halda  müəllimlər Python dilini yaxşı tədris edə  bilmir.  Çünki Azərbaycan dilində Python ilə bağlı demək olar ki, metodik vəsait yoxdur. Bu kitabda isə material çox sadə üsulla izah edilir. Kitaba əyləncə də qatmışıq ki, oxuyanda sıxılıb kitabdan uzaqlaşmasınlar və sona qədər gəlib, faydalana bilsinlər. Müşahidə etdiyim problemlərin nəticəsi olaraq belə bir kitab yazamaq qərarına gəldim ki, proqramlaşdırmanı öyrənmək istəyənlər çətinliyi hiss edib yarı yolda qalmasınlar. Kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları, eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində əksini tapsın”.

Müəllif vurğulayıb ki, kitab  proqramlaşdırmanı yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub:

“Gələcəkdə hansı proqramlaşdırma dilini öyrənməyinizin fərqi yoxdur. Bu kitab sizə bu yolda bələdçilik edəcək. Kitabı oxuyan istənilən  şəxs proqramlaşdırma sahəsində ilk addımlarını inamla ata biləcək”.

Kərim Tahiroğlu kitabın qiyməti barədə də ətraflı məlumat verib:

“Müəyyən araşdırmalardan və müzakirələrdən sonra kitabın qiymətini 22 AZN müəyyən etdik. Bildiyiniz kimi, proqramlaşdırmaya aid olan kitablar ümumiyyətlə, baha olur. Həm də bu kitabdan istifadə etməklə daha az  pul və zaman xərcləməklə  proqramlaşdırmanı özünüz öyrənə bilərsiniz. Bundan əlavə insanlar  hər hansı əşyaya vedikləri qiymət qədər də dəyər veririlər. Düşünürəm ki, qarşısına proqramçı olmağı məqsəd qoyan  hər bir şəxs bu kitabdan  faydalanmağa çalışacaq.”

Qeyd edək ki, kitabın mağazalarda satışı üçün hazırda danşıqlar davam edir. Kitabı indi əldə etmək istəyənlər, müəllifin özü ilə ( 050-218-91-40) əlaqə saxlaya bilər.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə