May ayında KES İT təlim mərkəzi və KES Nəşrlərinin (www.kes.az) rəhbəri Seymur Fərziyevin verilənlər bazası üçün praktik məsələ kitabı çapdan çıxıb.
Kitabda müəllif Vyana Texniki Universitetində aldığı təhsili, müxtəlif şirkət və layihələrdən əldə etdiyi təcrübələri praktik məsələlərə keçirərək oxucuaları ilə paylaşıb.
Xeberler.az olaraq kitab barədə daha ətraflı müəlliflə söhbət etdik.
Seymur Fərziyev kitab barədə ətraflı məlumat verib:
““Oracle SQL və Verilənlər Bazasının Modelləşdirilməsi. 250 Məsələ, 400 Həll” adlı bu kitabda Chen notasiya ilə verilənlər bazasının modelləşdirilməsi, normallaşdırma qanunları (DNF), relyasiya modeli əsasında cədvəllərin yaradılması və bir-biri ilə bağlanması, SQL məhdudiyyətləri (primary key, foreign key, not null, check, unique, default)kimi məsələlər var. Kitabda həmçinin Oracle verilənlər bazasının tipləri, cədvəllərin birləşmə operatorları (left join, right join, full join, natural join və s.), cədvəllərin çoxluq operatorları (union, minus, intersect), aqreqat funksiyaları (min, max, avg, count, sum və s.), tarix funksiyaları, müqayisə və şərt operatorları (like, in, not in, exist, not exist, switch-case və s.), qruplaşma və sıralama operatorları (group by, having, order by), sorğu və korrelyasiya, mürəkkəb sorğu və s. Oracle SQL və verilənlər bazasının modelləşdirilməsinə aid çeşidli məsələləri də verilib”.
Onun sözlərinə görə, kitab əsasən Oracle verilənlər bazası ilə SQL dilini öyrənənləri nəzərdə tutub:
“ Buna baxmayaraq əlaqəli verilənlər bazasının modelləşdirilməsi və dizaynı müxtəlif növ əlaqəli verilənlər bazasının idarəetmə sistemlərindən (RDBMS), məsələn, Oracle, PostgreSQL, Microsoft SQL Server, MySQL və s. asılı olmaması və SQL dilinin demək olar ki, “universal” baza dili olması kitabdakı məsələləri asanlıqla digər vendorların RDBMS-lərinə keçirməyə imkan verir. Kitabda müxtəlif fəaliyyətlərlə məşğul olan şirkət və təşkilatların təqdim edilmiş məlumatlarının analizindən başlamış, ER diaqramının qurulması, SQL DDL skriptinin yaradılması və verilənlər bazası üzərində müştəri üçün mühüm olan hesabat və sorğuların hazırlanmasına kimi məsələlər və onların alternativlə həlli təqdim edilib”.
Müəllif bildirib ki, məsələ həlləri istər kitabda, istərsə də xarici yaddaş qurğusunda (CD) kitabla birlikdə təqdim edilib. Bundan başqa, oxucular üçün məsələləri işləmək üçün OracleBookManager adlı proqram təminatı hazırlanıb:
“OBM proqramı oxuculara fərdi kompüterlərində Oracle verilənlər bazasının idarəetmə sistemi olmadan məsələləri işləyib, test etməyə imkan verir. Məsələ həllərində sualı olan oxucular üçün müzakirə və dəstək üçün yaradılan online forum isə tam yerinə düşüb”.
O qeyd edib ki, kitab verilənlər bazasının arxitektorları, dizaynerləri, proqramçıları və həmçinin bu sahədə tədrislə məşğul olan müəllimlər, imtahana hazırlaşanlar, maliyyə, biznes və digər fəaliyyətlərin hesabatını hazırlayanlar üçün Azərbaycan dilində yazılmış mühüm praktik materialdır.
Müəllifin sözlərinə görə, yaxın zamanda kitabın türk dilinə tərcümə edilərək KodLAB Yayınları tərəfindən Türkiyədəki oxucularına təqdim ediləcək.
Öyrənirik ki, kitabın qiyməti 65 AZN-dir. Seymur Fərziyev kitabın qiymət məsələsində də aydınlıq gətirib:
“Kitabın satış qiyməti, arxa üzündə qeyd edildiyi kimi 65 manatdır. Bu qiymət Azərbacan bazarı üçün bir qədər təəccüblü səslənə bilər. Amma kitabı əldə edən oxucular qiymətin hansı səbəblərdən belə təyin olunduğunu kitabı ilk ələ aldıqlarında şahidi olurlar. Belə ki, kitab yüksək keyfiyyətli kağızda, karton cilddə, üzü plyonkalanmış və hər biri unikal kodla orjinalı tanınmış OBM (Oracle Book Manager) adlı proqram təminatı və məsələ həlləri CD-də olmaqla çap edilib.Bu özəlliklər kitabın qiymətinə birbaşa təsir edən əsas faktorlardır. Növbəti nəşrlərdə sponsorluq edən şirkət və ya təşkilat olarsa, kitabın qiymətini azaldaraq oxucularımızın hər biri üçün əlçatan etmək olar. Təəssüf ki, bu gün kitab və onun tərkib hissələrinin hazırlanması Amerika dolları ilə hesablanaraq başa gəlib. OBM proqram təminatı oxucuya imkan verir ki, aşağı resurslu istənilən kompüterlə remote Oracle serverə qoşulub məsələləri işləsin. Bu imkan, maddi imkanı aşağı olan çoxlu sayda oxucuları bahalı kompüter almaqdan qoruyur".
Qeyd edək ki, kitabın müəyyən hissələri ixtisar edilərək elektron demo formatda internetdə yayımlanır. Demo kitab real kitabı əks etdirmir və yalnız kitabla maraqlanan potensial oxuculara ümumi məlumat vermək üçün nəzərdə tutulub. Oxucular olduqları yerdən kitabı online sifariş (www.kes.az/sifaris ) edə bilər. Azərbaycan daxilində kitabın istənilən nöqtəyə çatdırılması ödənişsizdir.
Müəllif kitabla maraqlanan oxucuları 15 iyul saat 19:00-da Kitabevim.az -da təqdimat gününə dəvət edir. Tədbir keçiriləcək ünvan: Nəsimi r., Puşkin k., 32 a, AK Center, II mərtəbə
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri