Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

21-12-2016 / 13:25

Məlumat verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 11 Nominasiya üzrə 238 sayt arasından ən yaxşılar olan 67 sayt və 7 mobil tətbiq Nominant statusu alıb.

2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimi sabah, saat 18.00-da Bakı Biznes Mərkəzində keçiriləcək.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, qaliblərin mükafatlandırılması ilə bağlı hazırlıq işləri artıq başa çatıb.

Məlumata görə, MilliNet-in dəvətnamələri də artıq göndərilib.

Təqdimat mərasiminə dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin nümayəndələri, İKT sektorunun tanınmışları qatılacaq.

Təşkilat Komitəsindən bildirildiyinə görə, Nominant statusu əldə edən hər bir layihə MillNet Yekun Təqdimat mərasiminə dəvətlidir.

Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar və  həmçinin BestComp şirkəti, Lenovo və Aromaniya şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.