Previous Next
Bağla

MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

16-12-2016 17:01
MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

Məlumat verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 11 Nominasiya üzrə 238 sayt arasından ən yaxşılar olan 67 sayt və 7 mobil tətbiq Nominant statusu alıb.

Hazırda bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirir. Səsvermənin 2-ci mərhələsi 18 dekabr tarixdə başa çatacaq.2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın 22-də , saat 18.00-da Bakı Biznes Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Məlumata görə, MilliNet-in dəvətnamələri də artıq göndərilməyə başlanıb.

Təqdimat mərasiminə dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin nümayəndələri, İKT sektorunun tanınmışları qatılacaq.

Təşkilat Komitəsindən bildirildiyinə görə, Nominant statusu əldə edən hər bir layihə MillNet Yekun Təqdimat mərasiminə dəvətlidir.

Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar və  həmçinin BestComp şirkəti və Lenovo şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

21-12-2016

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli İnternet Mükafatının nominantları seçilib

10-12-2014

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017

Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

29-11-2010

Sabah Milli Net 2015-in qalibləri açıqlanacaq

16-12-2015

“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi başa çatdı.

20-12-2013

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023

MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

18-12-2016

Bu gün Milli İnternet Mükafatı-nın qalibləri açıqlanacaq

17-12-2015

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net müsabiqəsinin təqdimat mərasimi canlı yayımlanır

17-12-2015

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə