Saxta POS-terminallar hazırlayan qrup həbs olunub

30-04-2015 / 12:15

Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, törədilmiş cinayət nəticəsində istifadəçilərin hesabından 3 milyon avro oğurlanıb.

Saxta POS-terminallar fırıldaqçılar tərəfindən modifikasiya prosesindən keçirildikdən sonra heç nədən şübhələnməyən müştərilərin bank kartlarından məlumatların oğurlanması üçün istifadə olunub. Ödəniş əməliyyatlarını həyata keçirmək üçün qurbanlar kartlarından istifadə ediblər, lakin bu halda saxta qurğular həmişə “offline” olub və heç vaxt bank ödəniş sisteminə qoşulmuş vəziyyətdə olmayıb. Bunun əvəzinə POS-terminallar müştəriyə məxsus kartın informasiyasının surətini çıxararaq saxta qəbzlər çap ediblər. Bəzən isə müştərilər guya qoşulmada yaranan səhvə görə qəbz ala bilməyiblər. Bu vaxt ərzində ödəniş informasiyasının ələ keçirilməsi baş verib, daha sonra müştəridən digər ödəniş üsulu seçmək xahiş olunub.  

Qurğuların məhkəmə ekspertizası cinayətin mürəkkəb sxemə malik olmasını aşkar edib. Fransız müstəntiqlər POS-qurğuların saxta POS-terminaldan kart məlumatlarının oğurlanması üçün həqiqi terminal əvəzinə istifadəyə imkan verən aparat və proqram təminatı ilə bağlı texniki manipulyasiyasını ifşa etməyə nail olublar.

Saxta qurğular Avropa ölkələrinin taksilərində və endirimli mağazalarında istifadə olunub. Daha sonra cinayətkarlar tərəfindən ələ keçirilən informasiya ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Tailandda kartlardan pulların oğurlanması üçün istifadə edilib.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.