Tech-Tech Xanım təlim iştirakçılarını mükafatlandırdı - Fotolar

13-12-2015 / 19:00

Tech-Tech Xanım layihəsinin iki ay ərzində xanımlara Software, Database, Network və Server əsaslarını öyrədən təlimi başa çatıb.

Xeberler.az-ın məlumatına görə, ilkin mərhələnin yekunu olaraq bugün Tech-Tech Xanımların mükafatlandırma mərasimi keçirilib.

Tech-Tech Xanım layihəsi çərçivəsində xanımların İT üzrə bilik və bacarıqlarını artırmaq üçün keçirdiyi təlimdə iştirak edən xanımlara sertifikatlar təqdim edilib.

Tədbirdə çıxış edən WOWOMEN (ALZA) layihəsinin yaradıcısı və rəhbəri, Tech-Tech Xanım layihəsinin təsisçisi Zara Apetrey Hüseynova layihə çərçivəsində görülən işlərdən danışıb.

O, gənc xanımlarımızı aktiv olmağa səsləyib. İKT sahəsində qızların və qadınların iştirak səviyyəsinin aşağı olmasının səbəblərini və bununla bağlı cəmiyyətdə yaranmış stereotipləri diqqətə çatdırıb. O, bildirib ki, İT sahəsi xanımların arzularını reallaşdırması üçün bir vasitədir.

Daha sonra Tech-Tech Xanım layihəsinin rəhbəri Günel Hüseynova qonaqları salamlayaraq 2 ay müddətində xanımlara İT biliklər öyrədən təlimçilərə kiçik hədiyyələr təqdim edib. Və hər birinə etdikləri təmənnasız yardımdan ötrü təşəkkürünü bildirib.

Günel Hüseynova həmçinin, bildirib ki, bu biliklər xanımların gələcək iş həyatında da önəmli rol oynayacaq.

Daha sonra Tech-Tech Xanım komandasının İT koodinatoru Günay Kazımzadə layihə yarandığı vaxtdan indiyə qədər gördüyü işlərdən, nəticələrdən danışıb.

O bildirib ki, Tech-Tech Xanım layihəsi gələcəkdə daha geniş və beynəlxalq səviyyəli platformada öz işini davam etdirəcək. Layihənin media üzrə koordiantoru Kəmalə İsmayılova tədbir iştirakçılarına, 2 aylıq təlim müddətində aktivlik göstərən xanımlara sertifikatlar təqdim edib.

Təlimçilər-Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov təlim iştirakçılarına gələcək kariyerlarında uğurlar arzulayıblar.

Maraqlı çıxış və müzakirələrdən sonra layihənin ilkin mərhələsinin uğurla bitməsi münasibətilə layihə rəhbəri Günel Hüseynova komanda üzvlərinə təşəkkürünü bildirib.

Bu sosial  layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilib. Layihə çərçivəsində ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlarımıza öyrədən kursların keçirilməsi oldu. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.