Nar yeni kampaniyaya başladı

04-08-2016 / 13:15

Nar bu dəfə “Yayın təklifi” kampaniyasına başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  bu fürsətdən yararlanan müştərilər 6 ay ərzində ümumilikdə 100 AZN danışıq balansı və 600 MB internet trafiki əldə edəcək.

Kampaniya iyulun 29-dan avqustun 30-dək davam edəcək. Kampaniyaya qoşulmaq üçün World Telecom mağazalarından Micromax BOLT Q383və ya Micromax BOLT S302 modellərindən birini almaq kifayətdir. Smartfonlar üçün sərfəli ödəniş şərtləri təyin edilib.

Müştərilər bu smartfonları ayda 9 AZN (Micromax S302) və 12 AZN-dən (Micromax Q383) başlayan qiymətlərlə, faizsiz və 12 ayadək ödənişlə əldə edə bilərlər. Smartfonlar üçün 30 AZN (Micromax S302) və 40 AZN (Micromax Q383) ilkin ödəniş nəzərdə tutulmuşdur.

Bonusların aktiv edilməsi üçün balans hər ay ən az 5 AZN nominalda artırılmalıdır. Bonusların qalığını yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya «I» yazıb 777 qısa nömrəsinə mesaj göndərmək lazımdır.

“Yayın təklifi” kampaniyası haqqında ətraflı məlumatı nar.az saytında əldə etmək olar. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə