Televiziyaların Azərkosmosa olan borclarını kim ödəməlidir?

28-01-2019 / 18:27

"Artıq bir neçə ildir ki, Prezident televiziyalara dəstək məqsədilə vəsaitlər ayırır. Bir neçə gün öncə də teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.  Ötən ildə də elə bu məqsədlə və elə bu qədər vəsait ayrılmışdı.  Səhv eləmirəmsə 2016-cı ildə də vəsaitlər ayrılıb. Burada diqqət çəkən bəzi məqamlar var. İlk olaraq nəzərə almaq lazımdır ki,  Azərkosmos “Azerspace-1”-i hazırlamaq və orbitə qaldırmaq üçün büdcə vəsaitlərindən də istifadə edib. Belə çıxır ki, hər ildə büdcədən vəsaitlər almaqda davam edəcək. Və gəlirlərinin əsas hissəsini də bizim büdcəmizdən olan transferlər təşkil edəcək."

Bu sözləri “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a açıqlamasında bildirib.

Ekspert eyni zamanda Azerkosmosun biznes imkanlarını genişləndirməli olduğunu  vurğulayıb :

"Məlumdur ki “Azerspace-1” –dən öncə də teleradio yayımçılarımız xarici peyklər üzərindən yayım üçün vəsaitlər sərf edirdilər. Necə olur ki, vəsaitləri qazanan televiziyalar milli peyk üzərinə keçdikdə ”kasıbladılar” . Düşünürəm ki , teleradio qurumlarımız, Azerkosmos biznes imkanlarını genişləndirməli, yeni xidmətlər yaratmalıdırlar. Əlbəttə, konkret layihələr üzrə, hansısa bir xidmətin, imkanın yaradılması ilə bağlı layihələrin dəstəklənməsi anlaşılandır.  Amma qəzetlərin dövlət büdcəsndən maliyyələşməsinə oxşar olan bir sistemin televiziyalar üçün də yaradılması nə dərəcədə doğrudur ?  Ölkədə KİV siyasətini müəyyən edənlər, Milli Teleradio Şurası doğurdamı TV-lərin inkişafı baxımından bunu məqbul hesab edirlər ? Fikrimcə , gələcəkdə bu yanaşma ilə rəqabətədavamlı bir teleradio yayımı sistemi qurmaq ağlabatan görsənmir.

Osman Gündüz əvvəllər İT şirkətlərin dövlətdən böyük sifarişlər əldə etməsi prosesindən də danışıb:

"Vaxt vardı bizim İT şirkətlər dövlətdən böyük sifarişlər əldə edib, onu da ala-yarımçıq reallaşdırmaqla kifayətlənirdilər. Dayanıqlı gəlirlər əldə etməyə diqqət etmirdilər. Dövlət sifarişləri azalanda hamısı iflas vəziyyətinə düşdü və hələ indi-indi xarici bazarlara üz tutmağa başlayıblar.  Yeri gəlmişkən, yaxşı İT kadrlarımızın xaricə köç etməsinin günahı həm də onların bu cür qüsurlu siyasətində oldu."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.