Test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

13-10-2015 / 22:34

Oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov iclasın AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanan test nümunələrinin müzakirəsinə həsr olunduğunu söyləyib. AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” müvafiq Sərəncamının YEB-nə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verib. Qeyd olunub ki, bu gün ölkənin təhsil sistemində geniş istifadə olunan test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

İclasda müxtəlif ixtisaslar üzrə bölmə institutları tərəfindən tərtib edilmiş test tapşırıqları müzakirə olunub.

Tədbirdə, həmçinin YEB-in AMEA-nın 70 illiyinə həsr edilmiş bölmə institutlarının elmi şuraları ilə birgə keçirəcəyi ümumi yığıncağının proqramı, Şəki Regional Elmi Mərkəzinin doktoranturaya qəbul haqqında müraciəti, “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası (sorğu kitabı)”-nın nəşriyyata təqdim olunması və digər məsələlər ətrafında müzakirələr aparılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.