Previous Next
Bağla

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017 11:02
Doktorluq imtahanları distant formada keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.

Xeberler.az-ın məlumatına görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında Gəncədə yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanlarının distant formada keçirilməsi məqsədilə canlı bağlantı yaradılıb.

İnstitutun texnologiyalar üzrə direktor müavini  Rəşid Ələkbərov Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin regionlar, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını bildirib.

O, imtahanların elektron test üsulu ilə həyata keçirildiyini diqqətə çatdıran alim bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini  urğulayıb.

R.Ələkbərov, həmçinin Akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin geniş imkanlarından da danışıb:

“Elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet-in Avropa Komissiyasında Azərbaycanı uğurla təmsil etdiyini bildirdi. Qeyd etdi ki, 2016-cı ildə AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi ilə Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunur. Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcək”.

AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Gəncə şəhərində 150-dən artıq gənc alim və mütəxəssisin fəaliyyət göstərərək elmi tədqiqatlar apardığını diqqətə çatdırıb. O, bölmənin Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirib.

İmtahanlarda Gəncə və Naxçıvandan 100-ə yaxın doktorant və dissertant iştirak edib.

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016

Doktoranturaya qəbul test texnologiyaları əsasında keçiriləcək

03-07-2015

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

Doktorantura imtahanları elektron test üsulu ilə keçiriləcək

15-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə