AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin hesabatını təqdim edib.
Rasim Əliquliyev bildirib ki, il ərzində institut əməkdaşları tərəfindən Big Data və Data mining, bulud (cloud) texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya cəmiyyəti, elektron tibb və elektron elmin formalaşması problemləri, kompüter şəbəkələri, o cümlədən e-kitabxana, informasiya iqtisadiyyatı, terminoloji informatika kimi prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunub.
Onun sözlərinə görə, institutda əldə olunmuş mühüm elmi nəticələrlə bağlı məlumatı tədbir iştirakçılarını məlumatlandırılıb:
“Cari ildə institutda mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuş, mətnlərin optimal referatının yaradılması üçün riyazi model və adaptiv diferensial evolyusiya alqoritmi işlənib. Həmçinin mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma alqoritmi hazırlanıb”.
İnstitut direktoru həmçinin buludların dinamik federallaşması üçün intellektual agentlər əsasında qeyri-səlis kollaborativ hibrid İntRep adlı reputasiya modelinin təklif edildiyini söyləyib. O, qeyd edib ki, bulud texnologiyalarında hesablama resurslarının istifadəçilər arasında optimal paylanması alqoritmi işlənib, bu texnologiyaların yaddaş resurslarından səmərəli istifadə üçün metod təklif edilib.
İnstitutda, habelə informasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənmiş və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən edilib. Səs nümunələri əsasında dialektlərin avtomatik tanınması üçün akustik əlamətlər əsasında model, insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətlilik dərəcəsinin tapılması üçün alqoritm təklif edilmiş və digər istiqamətlərdə tədqiqatlar aparılıb.
Akademik elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi dövlət proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti, elektron elmin formalaşması üzrə praktiki fəaliyyət və s. barədə məlumat verib.R.Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsi, Viki-Mərkəz, Multimedia Mərkəzi, Olimpia Mərkəzi və institutun www.ikt.az saytının fəaliyyəti barədə danışdı, eləcə də 2016-cı ildə institut tərəfindən yaradılmış veb-saytlar barədə də danışıb.
Alim institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi və test imtahanlarının təşkilini və həyata keçirildiyini qeyd edib.
Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb.. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri