Tətilə gedənlərin nəzərinə- Kiber təhlükə

26-04-2018 / 13:31

Hakerlər tərəfindən hazırlanan yeni bir elektron açar dünyanın hər yerində minlərlə otel qapısını aça bilir.

Xeberler.az xarici mediaya istiadən məlumat verir ki, bunun üçün iki haker “master key" adlanan bir açar hazırlayıb.

Qeyd edək ki, onların əsas hədəfindəki İsveç kilidi istehsalçısı Assa Abloy tərəfindən hazırlanan kilid sistemidir.

Bu sistem dünyanın 166 ölkəsində 42,000-dən çox məkanda istifadə olunur. Sistemə hücum edənlər isə Tomi Tuominen və Timo Hirvonen-dir.

Hazırda qeyd edilən klid sistemi ilə işləyən otellər yeniləmə işlərinə başlayıb. Lakin bəzi otellər problemlə bağlı hələ də addım atmayıb.

Ekspertlər səyahətə çıxmağı nəzərdə tutan insanları diqqətli olmağa çağırır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə