Previous Next
Bağla

İOS, yoxsa Android ?

17-08-2015 12:48
İOS, yoxsa Android ?

Bu gün sizə mobil dünyanın ən tanınmış platformaları İOSAndroid haqqında ətraflı məlumat verəcəyik.

Son illərdə texnologiya dünyasında ən sıx rəqabətin mobil dünyada və xüsusilə smartfon bazarında olduğunun şahidi oluruq. Bu rəqabətin mühüm bir hissəsi Apple tərəfindən hazırlanan İOS və Google tərəfindən hazırlanan Android arasında baş verir. Bu yazımızda sistemlərin funksiyalarını qarşılaşdırıb, hansının daha yaxşı olduğuna qərar verəcəyik.

Həm İOS, həm də Android Linux platformalı əməliyyat sistemləridir. Hər iki əməliyyat sistemi də ancaq smartfonlarda deyil, planşetlər və  kompüterlərdə də istifadə olunur. Əməliyyat sistemlərindən İOS qapalı bir eko sistem , Android isə daha açıq koda malik sistemdir.

İOS xaricdən edilən hücumlara qarşı daha təhlükəsizdir

Apple-ın hazırladığı İOS qapalı bir sistem olduğundan xaricdən edilən hücumlara qarşı daha təhlükəsizdir. Hətta telefona kompüter vasitəsilə musiqi,video və şəkil yükləmək üçün xüsusi proqramdan( İTunes) istifadə etməlisiniz. Bu da onu göstərir ki, sistem viruslara da qarşı daha təhlükəsizdir.

Android açıq bir sistem olduğundan hər bir telefon istehsalçısı istifadə edə bilir. Bu əməliyyat sisteminə malik telefona həm də  sistem xaricindən proqramda yükləmək mümkündür. Beləliklə də sistem, xaricdən olan hücumlara qarşı daha təhlükəlidir.

Şirkətlər ilk olaraq Play Store üçün tətbiq hazırlayırlar

Hər iki əməliyyat sisteminin xüsusi tətbiq mağazası var. App Store onlayn tətbiq mağazası Apple-a, Play Store onlayn mağazası isə Google-a məxsusdur.

Play Store, 1.6 milyon tətbiq sayı ilə dünyanın ən böyük tətbiq mağazasıdır. Android smartfonlarına mağazadan başqa  APK formatında tətbiq faylları da yükləmək mümkündür. Ancaq belə yükləmə troyan və zərərli proqramlarında sistemə yüklənməsinə şərait yaradır.

App Store, Play Store-dan fərqli olaraq 1.5 milyon tətbiq sayına malikdir. Ancaq ölkəmizdə istifadəçi sayının çoxluğuna görə bir çox şirkətlər ilk olaraq Play Store üçün tətbiq hazırlayırlar. App Store daha təhlükəsiz tətbiq mağazasıdır. Çünki bu mağazaya yerləşdirilən hər bir proqram təhlükəsizlik baxımından yoxlanılıb yerləşdirilir.Yəni  hər hansı bir zərərli proqram bu mağazaya yerləşdirə bilməz. Android-dən fərqli olaraq sistemə mağazadan başqa tətbiq yükləmək mümkün deyil.

İOS Android-dən fərqli olaraq çox sadə menyuya sahibdir

Android əməliyyat sistemində 5 ana ekran mövcuddur ki, bu ekranlara widget yəni qısa yollar əlavə edərək, sosial media bildirişləri,  xəbərlər və hava haqqında ətraflı məlumat almaq mümkündür.İstifadə olunması və interfeys baxımından Android əməliyyat sistemi biraz qarışıq görsənir. Çünki, parametrlər bir neçə keçidlərin arxasında yerləşir və texnologiyadan istifadə edə bilməyən istifadəçilər üçün çox qarışıq menyuya malikdir.

İOS isə Android-dən fərqli olaraq çox sadə menyuya sahibdir. Telefona aid bütün funksiyalar parametrlər bölməsində yerləşir. İOS-un bütün funksiyaları və proqramları qutu şəklində ekranda yerləşir. Home düyməsinə 2 dəfə basdıqda açıq proqramların və musiqi pleyerin açılması, kilid ekranında kameraya sürətli keçid  və yeni bildiriş sistemi ilə bütün bildirişlərin tək ekranda açılması kimi funksiyalarla İOS istifadəsi ən rahat mobil əməliyyat sistemidir.

Android əməliyyat sistemi, Linux nüvəsi ilə Dalvik virtual maşının əsasında qurulub. Yəni Androidi Dalvik sayəsində istifadə edə bilirik. Dalvik-in işləməsi üçün də Linux nüvəsi lazımdır.Bu da müəyyən bir əməliyyat gücü istəyir. Bir tərəfdən də Android əməliyyat sistemi açıq kodlu bir sistem və bir çox cihaz tərəfindən istifadə olunur. Ancaq cihazların müxtəlifliliyinə görə ümumi bir performansa görə optimizə olunur. Qapalı sistemlərdən fərqli olaraq asanlıqla optimizə olunmur.

İOS-da tutulmalar olmur

İOS tutulmalar kimi problemlərin olmadığı, nə qədər açıq proqram olsa da yavaşlamayan bir əməliyyat sistemidir. Widget sisteminin olmaması da sistemin daha rahat işləməsini təmin edir. Bütün menyuların açılması, proqramların işləmə sürəti, yüklənmə müddəti kimi faktorlar olduqca sürətlidir. Multitasking performansı da olduqca sürətlidir.

Rahat istifadə olunan, təhlükəsiz və qarışıq olmayan bir əməliyyat sistemindən istifadə etmək istəyənlər İOS, texnologiyadan anlayışı olanlar  üçün isə Android daha yaxşıdır.

Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Apple Android mobil tətbiqini təqdim etdi

17-09-2015

Google Apple-ı keçdi

15-01-2015

iOS və Android sistemlərində yeni təhlükə aşkarlanıb

25-11-2015

“Android” istifadəçiləri üçün “iOS” sisteminə keçid asanlaşacaq

10-06-2015

İphone telefonlarını Android kimi istifadə edəcəksiniz

04-05-2015

Google ChromeOS və Android əməliyyat sistemlərini birləşdirəcək

16-07-2025

Vatsapa yeni funksiya əlavə olunub

22-07-2022

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

11-11-2015

Telefonda videonu necə redaktə etmək olar?

13-11-2015

Google Chrome kanalını Android-ə təqdim etdi

03-05-2015

Play Store-da 700 mindən çox proqram silindi

31-01-2018

WhatsOnline ilə WhatsApp agenti ola bilərsiniz

19-12-2015

Sputnik-in mobil tətbiqi artıq Azərbaycan dilində

23-07-2015

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

22-02-2022

Android qurğularının 94 faizi təhlükədə olub

19-12-2015

iOS 9-un yeni versiyası istifadəyə verildi

17-09-2015

“Windows 10” sistemi ilə işləyən qurğuların sayı bir milyarda çatacaq

30-04-2015

Google Android əməliyyat sistemini PC-lərə gətirəcək

30-10-2015

Google Play App Store-u üstələdi

11-05-2015

iOS 8.4 yayımlanıb

01-07-2015

Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

10-02-2017

Bu cihazlarda WhatsApp işləməyəcək

11-12-2019

İOS 9-un 7 yeni funksiyası

14-05-2015

iOS tətbiqlərindən Windows istifadəçiləri də yararlanacaq

10-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə