Treninqlər davam edir

09-12-2008 / 11:38

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə  jurnalist-tələbələr və müxtəlif KİV-lərdə  çalışan jurnalistlər iştirak edib.

RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə HP şirkətinin nümayəndəsi  Rasim Bəxşi "Ölkədə İKT bazarının inkişafı" mövzusunda , AİF-in prezidenti Osman Gündüz  "İnformasiya  azadlığının gerçəkləşməsində informasiya  texnologiyalarının rolu"  mövzularında   jurnalistlər  qarşısında çıxış ediblər.  Onların  təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə  jurnalistlər üçün   “İnternet Jurnalistika” və  "Azərbaycan dilində informasiya  axtarışının effektiv üsulları" mövzularında məşğələlər təşkil olunacaq.

Məlumat  verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.  

Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.

Geniş məlumat : www.cit.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.