“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçiriləcək

27-05-2010 / 08:42

27 may 2010-cu il tarixdə Multimedia Mərkəzi tərəfindən həyata keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan  Təqdimat mərasimi keçiriləcək.

Mərasimdə adı çəkilən Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti”  mövzusunda keçirilən Müsabiqənin qalibləri elan olunacaq və onlara Diplomlar və hədiyyələr  təqdim olunacaq.

Bu il keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində 6 gün Treninq keçirilib, 8 ekspert tərəfindən təlimlər aparılıb,  20 nəfər Treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub.

Hər il keçirilən bu Layihənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 Layihə Azercell,  HP və ULTRA  şirkətləri tərəfindən dəstəklənir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə