Previous Next
Bağla

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013 12:41
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində  Jurnalistlər üçün Təlimlər keçirilir.
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Təlimlərə start verilib.
 Təlimlərin açılış mərasimində RİTN-nın nümayəndəsi Kamal Məmmədov, Azərfon şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, AMEA  İnformasiya Texnologiyaları institutunun Təlim Mərkəzinin direktoru Rəsmiyyə  Mahmudova,  AİF prezidenti Osman Gündüz və Təlimçilər iştirak ediblər.
 Təlimlərdə  jurnalist-tələbələr və müxtəlif KİV-lərdə  çalışan jurnalistlər iştirak edir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu Təlimlər qabaqcadan Jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçirilir.
Təlimlərin birinci günü yeni media mütəxəssisləri və  ekspertlər Şaiq  Muradov və Seymur Kazımov  “ Sosial mediadan effektiv istifadə. Sosial mediada  PR” mövzularında jurnalistlər qarşısında təqdimatlar ediblər.
Sonrakı gün  ekspertlər Rəşad Əliyev və  Ayaz Quliyev “Jurnalistlər üçün Mobil texnologiyalar. Mobil İnternet. Mobil xidmətlər, nömrə daşınması, mobil etiket və Mobil reklam” mövzularında təlim keçiblər.
Yeni media mütəxəssisi Azər Nəzərov növbəti Təlimdə “Multimedia Jurnalistika, səsli və görüntülü xəbərlər,  video servislər, video və fotoredaktədə etika problemləri”  mövzularında jurnalistlər  qarşısında çıxış edib. 
Ekspertlərin  təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti təlimlərdə jurnalistlər üçün  “Elektron hökumət” və əsas anlayışlar, Korrupsiyanın qarşısının alınmasında elektron hökumətin rolu,  İnformasiya açıqlığı, Onlayn şəffaflıq, Sosial media və elektron hökumət, İnformasiya əldə edilməsi haqqında Qanunun xüsusiyyətləri, E-hökumətdə informasiya təhlükəsizliyi, konfidensiallıq, kibercinayətkarlıq”  və s. mövzularda məşğələlər təşkil olunacaq.
Adı çəkilən Layihə çərçivəsində keçirilən Təlimlər cari həftənin sonunda başa çatacağı nəzərdə tutulub.
Artıq  məlumat  verildiyi kimi  “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda “Onlayn Media” müsabiqəsi və Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir.  Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
“İKT İli”-də həyata keçirilən  Layihənin  əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına  dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə Multimedia Mərkəzi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və  Nar Mobile-in Baş sponsorluğu ilə  həyata keçirilir
Layihə AMEA İnformasiya Texnologiyaları institutu ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Təlimlərdən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.309223652550518.1073741833.159001754239376&type=3

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Jurnalistlər üçün keçirilən təlimlər başa çatdı

28-10-2013

Treninqlər davam edir

09-12-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib

27-10-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

Növbəti treninq keçirilib

16-11-2008

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008

Növbəti treninq

15-12-2008

Treninqlər davam edir

23-11-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Treninqlər başa çatıb.

22-12-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlər başlayıb

20-10-2008

“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014

Jurnalistlər üçün mobil texnologiya və mobil xidmətlər mövzusunda təlim keçirilib

22-10-2013

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi çərçivəsində Təlimlər üçün qeydiyyat başlanıb

16-09-2013

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” layihəsi

28-07-2008

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninqlər

28-10-2008

Elektron hökumət quruculuğu mövzusunda yazan Jurnalistlər üçün Treniqlər təşkil olunur

19-11-2012

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 layihəsi çərçivəsində treninqlərə start verilir

28-11-2011

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsinin Treninqləri başa çatıb

03-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə