Azərbaycan İnternet Forumundan verilən məlumata görə, fevralın 19-da “İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsinin yekunlarına həsr olunan tədbir keçiriləcək.
Tədbirdə layihə çərçivəsində “İnformasiya Cəmiyyətinin ən yaxşi KIV-i” və “İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” nominasiyaları üzrə keçirilən müsabiqənin nəticələri açıqlanacaq. Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Həmçinin “İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsi çərçivəsində keçirilən treninqlərdə iştirak etmiş 30-a qədər jurnalistə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, ötən ildən başlayaraq hər il keçirilən bu Müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri