Twitter-dən daha bir yenilik

29-12-2016 / 15:27

Twitter 360 dərəcə videoları həm özü, həm də Periscope üçün istifadəyə verib.

Xeberler.az  bildirir ki, bu barədə şirkət rəsmi bloqu üzərindən məlumat verib.

Lakin Twitter və Periscope üzərindən 360 dərəcə videolar paylaşmaq hazırda o qədər də asan deyil.

Hələlik məhdud sayda istifadəçiyə təqdim edilən 360 dərəcə canlı yayım etmək xüsusiyyəti 2017-ci il ərzində bütün istifadəçiləə təqdim ediləcək.

Həm masaüstü, həm də mobildən istifadəsi mümkün olan bu xidmət  bu günə qədər qarşımıza çıxan 360 dərəcə videoları ilə eyni formada işləyir.

Qeyd edək ki, Alex Pettitt adlı istifadəçi tərəfindən yayımlanan ilk 360 dərəcə canlı yayım təxminən 120 min istifadəçi tərəfindən izlənib. 

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.