Facebook 360 dərəcə videolar təqdim edib

14-11-2015 / 13:11

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, Facebook 360 dərəcə videoları da platformasına əlavə etməyə hazırlaşırdı.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Facebook bu özəlliyini artıq istifadəçilərə təqdim edib.

Qeyd edək ki, ilkin olaraq bu xidmət iOS istifadəçiləri üçün təqdim edilib.

Mark Zuckerberg öz Facebook səhifəsində 360 dərəcə videolar paylaşıb. 

Belə ki, artıq iPhone və iPad istifadəçiləri cihazlarını müxtəlif istiqamətlərə  çevirərək həmin videoları 360 dərəcə izləyə bilər.

Qeyd edək ki, Facebook-un bu video özəlliyini təqdim etməsindən sonra BuzzFeed, GoPro və buna oxşar videolar əlavə edilib.

Sevinc Əsədova 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə