YouTube və Facebook-dan sonra Twitter də 360 dərəcə videoları dəstəkləməyə başlayır.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, uzun müddətdir rəsm, GİF və video dəstəyi təqdim edən Twitter-də artıq 360 dərəcə video dövrü başlayır.
Qeyd edilib ki, bu videolar Twitter-in həm masaüstü, həm də mobil versiyasında dəstəklənəcək.
Məlumatda platformada yayımlanacaq 360 dərəcə videoların özəlliklə Samsung Gear 360 adılı kamera ilə çəkiləcəyi vurğulanıb.
Bu da Twitter və Samsung əməkdaşlığının bu sektordakı əhəmiyyətinin göstəricisidir.
360 dərəcə videolarda kameranı fırladan tamaşaçı bilavasitə hadisələrin iştirakçısına çevrilir və videonu görmək istədiyi rakursu özü müəyyən edir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri