Twitter sosial şəbəkəsi istifadəçilərinin platformaya 10 dəqiqədən uzun olmayan videoları yükləyə biləcəyini açıqlayıb.
İstifadəçi sayını artırmaq üçün müxtəlif layihələr üzərində çalışan Twitter video xidmətini istifadəyə verməyə hazırlaşır.
Mikrobloq 10 dəqiqədən uzun olmayan MP4 və MOV formatındakı videoların yüklənməsinə icazə verəcək.
Keçən günlərdə aktiv istifadəçi sayında Instagram-ın gerisində qalan Twitter "While you were away" adlı yeni xüsusiyyətini istifadəyə vermiş və istifadəçilərinə platformada edilən paylaşımların xülasəsini təqdim etməyə başlamışdı.
Bir həftədə 2 yeni xüsusiyyəti istifadəyə verən Twitter-in sosial media istifadəçiləri arasındakı məşhurluğunu artırıb-artıramayacağı maraqla gözlənilir.
Jalə Şahinqızı
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət