Ubuntu əməliyyat sistemi mobil platformalarda

30-12-2015 / 12:09

Ubuntu-nun uzun müddətdir ki, üzərində çalışdığı böyük layihə 2016-cı ildə sona çatır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  Ubuntu əməliyyat sistemini artıq telefonlarda və planşetlərdə də istifadə etmək mümkün olacaq.

Ubuntu-nun rəsmi Google+ səhifəsində paylaşdığı məlumata görə,  Ubuntu 2016-cı ildə təqdim edəcəyi əməliyyat sisteminin 16.04 versiyasını həm kompüterlər üçün , həm də telefon və tabletlər üçün istifadəyə verəcək.

Bundan əlavə,  Ubuntu istifadəçilərinə Cross-Platform təcrübəsini də yeni əməliyyat sistemi ilə təqdim etməyə hazırlaşır. Bununla da fərqli platformalar arasında keçid olacaq.

Ubuntu-nun hədəfi kompüterlərdə təqdim etdiyi performansın oxşarını mobil platformalar üzərində də həyata keçirməkdir.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə