Dell Inspiron Mini ailəsindən ikinci kompüter

27-10-2008 / 10:23
Dell şirkəti Inspiron Mini ailəsindən ikinci noutbukunu təqdim edib. Xatırladaq ki, Dell Inspiron Mini ailəsinin birinci portativ kompüteri 9 düym ekranlı Mini 9 netbuku olmuşdur. Şirkətin dediyinə görə, “yeniyetmə auditoriyası, səyahətçilər, eləcədə şəbəkədə çat, bloqlar təşkil etmək, kontent mübadiləsi, fotoşəkillər yükləmək, onlayn video, musiqi  və oyunlar üçün nəzərdə tutulub”.
12,1-düymlü ekran (1280 x 800),  1,3 GHs Intel Atom Atom Z520 və ya 1,6 GHs  Atom Z530 prosessorları ilə təchiz olunmuş noutbukun çəkisi 1,3 kq, korpus qalınlığı isə 2,3 sm. təşkil edir.
Yeni portativ kompüter 1 GB operativ yaddaş, 60 və ya 80 GB sərt disk, Wi-Fi 802.11b/g, Bluetooth, veb-kamera və Windows Vista Home Basic əməliyyat sistemi ilə təchiz olunub. İlin sonuna kimi Inspiron Mini 12, həmçinin Ubuntu və Windows XP əməliyyat sistemləri ilə satışa çıxarılacaq.
Satışı Yaponiyada başlanan yeni noutbukun digər ölkələrdə təqdim olunması noyabr ayında olacaq. Baza konfiqurasiyasında kompüterin qiyməti 600 ABŞ dolları təşkil edir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə