Android telefonlarda Root-un nə demək olduğunu aydınlaşdırmaq üçün bir sıra araşdırma apardıq.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, tez-tez istifadə etdiyimiz "telefonun root edilməsi" əslində telefonun bütün idarəsinə malik olmaq deməkdir, yəni telefonun root- kök fayllarına giriş əldə etmək üçündür.
Bu funksiyanın bəzi mənfi və müsbət halları vardır. İlk olaraq mənfi hallardan başlayaq:
1) Telefonun Root edilməsi ilk olaraq telefonun əməliyyat sisteminin lisenziyasını sındırmasıdır.
2) Root olunmuş telefonda hər hansı bir problem baş verərsə bu zaman servisin verdiyi zəmanət hesaba alınmır və yaşanan problemi həll etmək üçün telefonu yenidən əvvəlki vəziyyətinə qaytarmalı və daha sonra problemi həll etməli olacaqsınız.
3) Root icazəsi istəyən viruslu proqramlar var. Mənbəyi və funksiyası bəlli olmayan, sadəcə Root icazəsi lazım olduğu üçün köçürülən proqramlar telefona virus salır və kök fayllara giriş icazəsi olduğu üçün telefona ziyan vurulur.
İndi isə Root-un müsbət keyfiyyətlərini təqdim edirik:.
Telefonda bacardığınız hər bir yeniliyi və dəyişikliyi edə bilərsiniz. Bununla telefonun üzərində gələn Built-in tətbiqetmələrini belə telefonunuzdan silə və yaddaşı artıra bilərsiniz.
Telefonuzun əməliyyat sistemini dəyişə bilərsiniz. Buna misal olaraq Samsung-un Android sistemini dəyişib Cyanogenmod, FireFox OS hətta Ubuntu belə yaza bilərsiniz. Yalnız burda da bəzən problemlər çıxa bilər, məsələn düzgün yazılış etməsəniz telefonun İMEİ nömrəsi yana və ya telefon artıq cərəyan verib prosessorları yandıra bilər.
Ən əsası odur ki, telefonun yaddaşı azdır və telefonunuz çox zəif işləyir buna çox yaxşı təsir göstərir və bunun vasitəsi ilə telefonunuz yenidən canlılıq qazanır.
Ümumilikdə isə root etmək məsləhət görülmür. Əgər telefonunuzu israrla root etmək istəyirsinizsə bu işlə məşqul olan adamlara həvalə etməyiniz məsləhət görülür.
İsmayıl İsmayılov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri