“Windows 10 Mobile” nə vaxt təqdim olunacaq?

30-07-2015 / 16:28

İyulun 29-da kompüterlər üçün istifadəyə verilən Windows 10 noyabrda mobil platformada da təqdim olunacaq.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkətin Cənubi Afrika rəsmilərindən, Windows və Surface qrupları lideri Anthony Doherty, yeni əməliyyat sisteminin mobil versiyasının noyabr ayında  istifadəyə veriləcəyini açıqlayıb.

Windows-un Android və iOS əməliyyat sistemləri üçün proqram yazılması mövzusunda suallara  cavab verən Doherty, bu vəziyyətin  Microsoft-un Windows Phone-dan imtina etdiyi mənasını daşımadığını  bildirib. Bundan başqa yeni əməliyyat sisteminin mobil versiyasının kod hissəsinin tamamlanmadığını və hər şeydən əvvəl firmanın bütün mobil istifadəçilərə  sevdikləri proqramları təqdim etmənin Microsoft-un əsas  məqsədlərindən biri olduğunu söyləyib.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə